Nihad Məmmədov stolüstü tennis üzrə dünya rekordunu yenilədi

Azərbaycanlı stolüstü tennisçi Nihad Məmmədov topu 17 metr məsafədən oyuna daxil edərək dünya rekordunu yeniləyib və adını “Ginnesin Rekordlar Kitabı”na yazdırıb.

277

Azərbaycanlı stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin Rekordlar Kitabı”na yazdırıb. İdmançı topu uzaq məsafədən oyuna daxil etmə üzrə dünya rekordunu yeniləməyi bacarıb.

Bildirilib ki, bu rekord indiyədək Türkiyə təmsilçisi Osman Gürcüyə məxsus idi. Əvvəlki göstərici 16,70 metr təşkil edirdi. Nihad Məmmədov isə həmin hərəkəti 17 metr məsafədən yerinə yetirərək yeni dünya rekordunun sahibi olub.

Beləliklə, Azərbaycan idmançısı stolüstü tennisdə qeyri-adi texniki bacarığı ilə beynəlxalq səviyyədə diqqət çəkməyi bacarıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.