Niderland məcburi hərbi xidmətin bərpasına hazırlaşır

Niderland Müdafiə Nazirliyi təhlükəsizlik vəziyyətinin pisləşəcəyi təqdirdə məcburi hərbi xidmətə çağırışın bərpasına imkan verən yeni model hazırlayır. Plana əsasən, gənclər əvvəlcə sorğu, daha sonra müsahibə və tibbi müayinədən keçə bilərlər.

66

Niderland hökuməti beynəlxalq təhlükəsizlik vəziyyətinin pisləşəcəyi təqdirdə məcburi hərbi xidmətə çağırışı mərhələli şəkildə bərpa etməyə hazırlaşır. Müdafiə Nazirliyi ölkənin hərbi qüvvələrini sürətlə genişləndirməyə imkan verəcək yeni sistem üzərində işləyir.

MSNews.az xəbər verir ki, bu barədə Niderlandın müdafiə üzrə dövlət katibi Derk Bosveyk “NRC” qəzetinə müsahibəsində bildirib.

“Təhlükə artarsa, məcburi hərbi çağırışı mərhələli şəkildə bərpa etmək imkanımız olmalıdır”, – deyə Bosveyk vurğulayıb.

Yeni modelə əsasən, 18–27 yaşlı gənclər əvvəlcə hərbi xidmətlə bağlı sorğu anketini doldurmağa dəvət olunacaqlar. Ehtiyac yaranarsa, anketin doldurulması məcburi ediləcək, daha sonra namizədlərdən tanışlıq müsahibəsində iştirak etmək və tibbi müayinədən keçmək tələb oluna bilər.

Son mərhələ isə seçilmiş şəxslərin həqiqi hərbi xidmətə məcburi çağırılmasıdır. Lakin bu mexanizm yalnız ciddi təhlükəsizlik böhranı və ordunun sürətlə genişləndirilməsi zərurəti yarandıqda tətbiq edilə bilər.

Niderland Müdafiə Nazirliyinin rəsmi açıqlamasına əsasən, könüllü hərbi xidmət yeni modelin əsas prinsipi olaraq qalacaq. Məcburi çağırış isə sonuncu vasitə kimi nəzərdən keçirilir.

Qeyd edək ki, Niderlandda hərbi xidmət öhdəliyi qanunvericilikdə saxlanılsa da, 1997-ci ildən məcburi çağırış dayandırılıb. Bu öhdəlik 2020-ci ildən qadınlara da şamil olunur.

Hökumət böhran və ya silahlı münaqişə vəziyyətində hərbçilər, ehtiyatda olan şəxslər və Müdafiə Nazirliyinin mülki əməkdaşları daxil olmaqla şəxsi heyətin sayını 200 min nəfərə çatdırmaq imkanını yaratmaq istəyir.

Yeni modelin bəzi mərhələlərinin tətbiqi üçün qanunvericilik dəyişiklikləri tələb olunur. Müdafiə Nazirliyinin hesablamalarına görə, bu proses təxminən iki il çəkə bilər.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.