Nazir müavini: “Distant iş pandemiyadan sonra hüquqi tənzimlənməni zəruri etdi”
COVID-19 dövründə distant işin qlobal miqyasda aktuallaşması işəgötürənlər, işçilər və dövlətlər üçün yeni çağırışlar yaradıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsində Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.
Nazir müavini qeyd edib ki, pandemiya əmək münasibətlərində çevik iş formalarının hüquqi tənzimlənməsinin vacibliyini açıq şəkildə ortaya qoyub. “Bu kontekstdə beynəlxalq təcrübəyə uyğun olaraq distant iş anlayışının hüquqi əsasının yaradılması üçün Əmək Məcəlləsi təkmilləşdirilib”, – Rəşad Mustafayev vurğulayıb.
Dəyişikliklər iş proseslərinin rəqəmsallaşdığı bir dövrdə əmək münasibətlərinin daha çevik və səmərəli şəkildə idarə olunmasına imkan verəcək.