Mərkəzi Afrika Respublikasının ilk humanoid robot- “Exaucia”

Mərkəzi Afrika Respublikasında Banqi Texniki Liseyinin şagirdləri tərəfindən hazırlanmış "Exaucia" robotu yerli mediada ölkənin ilk humanoid robotu kimi təqdim olunub.

13

Mərkəzi Afrika Respublikasında gənclər tərəfindən hazırlanmış humanoid robot layihəsi beynəlxalq medianın diqqətini yenidən cəlb edib. Lakin yayılan materiallarda robotun adı bəzi hallarda yanlış yazılır: etibarlı mənbələrə görə layihənin adı “Exaucia”dır,

Robot 2020-ci ildə Banqi Texniki Liseyinin şagirdləri tərəfindən təqdim olunub və yerli mediada ölkədə hazırlanmış ilk humanoid robot kimi tanıdılıb.

MSNews.az xəbəri yerli resurslara istinadən verir.

TV5MONDE“Radio Ndeke Luka”-nın məlumatına görə, “Exaucia” Banqidə texniki təhsil alan şagirdlər tərəfindən hazırlanıb. Layihənin müəllifləri robotu ətraf mühit, kənd təsərrüfatı və səhiyyə sahələrində faydalı həllər təklif edə biləcək yerli texnoloji təşəbbüs kimi təqdim ediblər. Robotun o dövrdə hərəkət imkanları məhdud olsa da, başını, qollarını və dodaqlarını hərəkət etdirə bildiyi, həmçinin müəyyən suallara cavab verə bildiyi bildirilirdi.

Məlumatlarda diqqət çəkən digər məqam isə budur ki, bu layihə yeni təqdimat deyil. Mövcud etibarlı mənbələr “Exaucia”-nın məhz 2020-ci ildə təqdim olunduğunu göstərir. Sonrakı illərdə həmin təşəbbüsün daha inkişaf etmiş başqa robot layihələrinə, o cümlədən “Mama Africa” adlı sosial və ekoloji maarifləndirmə robotuna çevrildiyi bildirilir. Bu da göstərir ki, söhbət yeni yaradılmış humanoid robotdan yox, bir neçə il əvvəl başlanmış yerli innovasiya xəttinin davamından gedir.