ABŞ-nin Merilend ştatında silahlı toqquşma: ölən və yaralananlar var

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində ticarət mərkəzi yaxınlığında silahlı toqquşma baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

278

ABŞ-nin Merilend ştatının Baltimor şəhərində baş verən silahlı toqquşma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

“CBS News” telekanalının məlumatına görə, hüquq-mühafizə orqanları insidenti Baltimorda ticarət mərkəzlərindən birinin yaxınlığında qeydə alıblar. İlkin məlumata əsasən, naməlum səbəbdən başlayan silahlı qarşıdurma qısa müddətdə ciddi təhlükəsizlik vəziyyətinə çevrilib.

Rəsmilər bildiriblər ki, hadisə yerinə çoxsaylı polis qüvvələri cəlb olunub, ətraf ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib və bəzi yollar müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.

Hadisə ilə bağlı istintaqa başlanılıb. Yaralıların vəziyyəti və toqquşmanın səbəbləri barədə əlavə məlumat hələlik açıqlanmayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.