Mərakeş Braziliya ilə oyunda tarixi göstəriciyə imza atdı

Mərakeş Braziliya ilə 1:1 hesablı oyunun 65-ci dəqiqəsindən sonra meydanda yalnız xaricdə doğulmuş futbolçularla çıxış edib. Bu hal Dünya Kuboku tarixində nadir hadisə kimi qiymətləndirilir.

11

Mərakeş millisi Braziliya ilə Dünya Kuboku matçında heyət tərkibi baxımından diqqətçəkən göstəriciyə imza atıb.

MSNews.az xəbər verir ki, FIFA Dünya Kubokunun “C” qrupunda Braziliya ilə 1:1 hesablı heç-heçə edən Mərakeş millisində oyunun 65-ci dəqiqəsindən sonra meydanda olan bütün futbolçular ölkə xaricində doğulmuş oyunçular olub.

Qarşılaşmada Mərakeşin qolunu 21-ci dəqiqədə İsmael Saibari vurub, Braziliyanın cavab qoluna isə 32-ci dəqiqədə Vinisius Junior imza atıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Gulf News” yazır ki, Mərakeşin Braziliyaya qarşı start heyətindəki 11 futbolçudan 10-u ölkə xaricində doğulub. Komandanın yerli doğumlu yeganə start oyunçusu Əzzəddin Unahi olub.

65-ci dəqiqədə Unahinin yerinə Fransanın Strasburq şəhərində doğulan Samir əl-Murabet, Brahim Diasın yerinə isə Belçikada doğulan Şəmsəddin Talbi meydana daxil olub. Bundan sonra Mərakeşin heyətindəki bütün 11 futbolçu xaricdə doğulmuş oyunçulardan ibarət olub.

Sosial şəbəkələrdə bu göstəricinin Dünya Kuboku tarixində ilk belə hal olduğu iddia edilir. Lakin bu məlumat hələlik “FIFA” və ya “Opta” kimi rəsmi/statistik mənbələr tərəfindən ayrıca təsdiqlənməyib.

Mərakeşin meydandakı heyətində Kanadada doğulan Yassin Bunu, Niderlandda doğulan Nussair Mazraui, İspaniyada doğulan Əşrəf Hakimi, Şadi Riadİsmael Saibari, Fransada doğulan İssa Diop, Neil əl-Aynaui, Ayub BuaddiSamir əl-Murabet, həmçinin Belçikada doğulan Bilal əl-Xannus Şəmsəddin Talbi yer alıb.

Oxşar göstərici Küraçao millisində də qeydə alına bilər. FIFA Tahit Çonqun Küraçao heyətində ada ərazisində doğulmuş yeganə futbolçu olduğunu yazır. Komandanın digər oyunçularının böyük hissəsi Niderlandda doğulub.