Makron: “İran hökumətini bombardman yolu ilə dəyişmək mümkün deyil”

Fransa Prezidenti Emmanuel Makron İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını əsas məqsəd adlandırıb. O, bombardman yolu ilə hakimiyyət dəyişikliyinə nail olmağın mümkün olmadığını bildirib və Hörmüz boğazında gəmiçiliyin bərpasına çağırıb.

11

Fransa Prezidenti Emmanuel Makron İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını əsas məqsəd adlandırıb, lakin ölkədə hakimiyyəti bombardman yolu ilə dəyişməyin mümkün olduğuna inanmadığını bildirib. Onun sözlərinə görə, son onilliklərin təcrübəsi hərbi zərbələrin hakimiyyət dəyişikliyi üçün etibarlı vasitə olmadığını göstərir.

MSNews.az xəbər verir ki, Makron bu fikirləri sentyabrın 22-də Nyu-Yorkda “ABC News”  telekanalına müsahibəsində səsləndirib. Fransa Prezidenti İranın nüvə silahı əldə etməməsinin vacibliyini vurğulayaraq ölkəni bombardman etməklə hakimiyyət dəyişikliyinə nail olmağı mümkün və məqsədəuyğun hesab etmədiyini deyib.

Makron Hörmüz boğazındakı vəziyyətə də toxunub. Onun fikrincə, fevralın sonunda müharibə başlayarkən boğazın bağlanmasının mümkün nəticələri kifayət qədər qiymətləndirilməyib. Prezident bildirib ki, ABŞ Prezidenti Donald Trampla görüşünün əsas məqsədlərindən biri boğazda gəmiçiliyi bərpa etməyə imkan verəcək razılaşmanın əldə olunması olub.

Fransa lideri heç bir ölkə ilə hərbi qarşıdurmaya girmək istəmədiyini, lakin Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi üçün ölkəsinin daha fəal iştirak etməyə hazır olduğunu bildirib. Boğazın açılması ilə bağlı yekun razılaşmanın əldə olunduğu açıqlanmayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti