Lula: “Dünyanı stereotiplərlə deyil, həqiqətlə qiymətləndirməliyik”

Braziliya prezidenti Lula beynəlxalq münasibətlərdə stereotipləri və dezinformasiyanı tənqid edərək, daha balanslı yanaşmaya çağırıb.

237

Braziliya prezidenti Luis İnasio Lula da Silva beynəlxalq münasibətlərdə stereotiplər və dezinformasiyanın təhlükələrinə diqqət çəkərək, ölkələr və regionlar haqqında formalaşdırılan ümumiləşdirilmiş təsvirləri tənqid edib. Onun sözlərinə görə, Latın Amerikası çox vaxt narkotik ticarəti ilə, ərəb dünyası isə terrorla eyniləşdirilir, bu isə reallığı əks etdirmir.

Lula çıxışında beynəlxalq müdaxilələrə də toxunaraq İraq müharibəsini misal gətirib və kütləvi qırğın silahları ilə bağlı iddiaların sonradan təsdiqlənmədiyini xatırladıb. O, həmçinin Liviyada baş vermiş hadisələrin regiona ciddi ziyan vurduğunu qeyd edib.

Braziliya lideri Yaxın Şərqdəki münaqişələrə də münasibət bildirərək, müxtəlif hərbi əməliyyatların səbəbləri və nəticələrinin daha geniş şəkildə müzakirə olunmalı olduğunu vurğulayıb. O, beynəlxalq ictimaiyyəti qarşılıqlı ittihamlar və stereotiplərdən uzaq, daha balanslı və faktlara əsaslanan yanaşmaya çağırıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.