Lionel Messi Argentina millisində karyerasını rəsmən başa vurdu

Lionel Messi 21 ildən sonra Argentina millisindən ayrıldığını açıqlayıb. 39 yaşlı ulduz yığmada 207 oyun keçirib, 125 qol vurub və dünya çempionu olub.

91

Argentina millisinin kapitanı Lionel Messi 21 illik beynəlxalq karyerasını rəsmən başa vurduğunu açıqlayıb.

MS-News.az xəbər verir ki, 39 yaşlı futbolçu qərarını avqustun 31-də yayımladığı vida məktubunda elan edib və “artıq verə biləcəyim hər şeyi verdim” deyərək milli komandadan ayrıldığını bildirib. Argentina Futbol Assosiasiyası da Messinin qərarını rəsmən təsdiqləyib.

Messi vida mesajında qərarın onun üçün ağır olduğunu bildirib: “Bu qərar ruhumu ağrıtdı və hələ də ağrıdır, amma vaxtın gəldiyini anlayıram”. O, Argentina millisində oynamağı hər zaman sevdiyini, lakin yeni nəslin də şans qazanmalı olduğunu vurğulayıb.

Argentinalı ulduz milli komandada son oyununu 19 iyulda 2026-cı il dünya çempionatının finalında İspaniyaya qarşı keçirib. Argentina həmin qarşılaşmada 0:1 hesabı ilə məğlub olaraq mundialı ikinci pillədə başa vurub. Messi turnirdə komandasını ardıcıl ikinci dünya çempionatı finalına çıxarmışdı.

“Reuters”-in məlumatına görə, Messi Argentina millisində 207 oyuna çıxıb və 125 qol vurub. Bununla o, həm yığmanın ən çox oyun keçirən futbolçusu, həm də tarixinin bombardiri kimi karyerasını başa vurub.

Messi Argentina ilə 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə “Finalissima”nı və Qətərdə keçirilən dünya çempionatını qazanıb. O, 2014 və 2026-cı illərdə isə Dünya Kubokunun finalında çıxış edib. Argentina Futbol Assosiasiyası futbolçunun vida qərarından sonra onu “kapitan, dünya çempionu və əfsanə” adlandırıb.

Messi daha əvvəl 2016-cı ildə də Amerika Kubokunun finalındakı məğlubiyyətdən sonra millidən ayrıldığını açıqlamış, lakin sonradan qərarını dəyişərək yığmaya qayıtmışdı. Bu dəfə isə həm FIFA, həm Argentina Futbol Assosiasiyası onun qərarını beynəlxalq karyerasının yekunu kimi təqdim edir.

Messinin klub karyerası isə davam edir. O, ABŞ-ın “Inter Miami” klubunda çıxışını davam etdirəcək.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.