Lilit Makunts Paşinyanın aparat rəhbəri təyin edildi

Ermənistanın ABŞ-dakı sabiq səfiri Lilit Makunts baş nazir aparatının rəhbəri təyin olunub. O, paralel olaraq Nikol Paşinyanın baş müşaviri vəzifəsindən azad edilib.

13

Ermənistanın ABŞ-dakı sabiq səfiri Lilit Makunts ölkənin baş naziri Nikol Paşinyanın aparat rəhbəri təyin olunub.

MSNews.az xəbər verir ki, təyinat barədə qərarı Nikol Paşinyan imzalayıb.

Ermənistan hökumətinin mətbuat xidməti də məlumatı “NEWS.am” portalına təsdiqləyib. Təyinatla paralel olaraq Makuntsun baş nazirin baş müşaviri vəzifəsindən azad edildiyi bildirilir.

Paşinyan hələ iyulun 29-da jurnalistlərə açıqlamasında Lilit Makuntsun baş nazir aparatının yeni rəhbəri olacağını bildirmişdi. Avqustun 3-də imzalanan qərarla gözlənilən kadr dəyişikliyi rəsmiləşdirilib.

Makunts 2025-ci il avqustun 29-dan etibarən Paşinyanın baş müşaviri vəzifəsində çalışırdı. O, 2021–2025-ci illərdə Ermənistanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri olub. Bundan əvvəl isə mədəniyyət naziri və parlament deputatı kimi fəaliyyət göstərib.