Kubada 2010 nəfər məhkum əfv edildi

Kuba hökuməti Müqəddəs Həftə çərçivəsində 2 010 məhkumu əfv edib. Siyahıya gənclər, qadınlar və 60 yaşdan yuxarı şəxslər daxildir. 

33

Kuba hökuməti Müqəddəs Həftə münasibətilə 2010 məhkumun əfv olunmasını təsdiqləyib. Məlumata görə, əfv edilənlər arasında gənclər, qadınlar, 60 yaşdan yuxarı şəxslər, azadlığa çıxmasına az qalan məhkumlar, eləcə də xaricdə yaşayan əcnəbilər və Kuba vətəndaşları yer alır. 

Rəsmi açıqlamada bildirilir ki, qərar məhkumların cəzaçəkmə müəssisələrindəki davranışı və sağlamlıq vəziyyəti nəzərə alınaraq qəbul edilib. Eyni zamanda vurğulanıb ki, əfv siyahısına cinsi zorakılıq, şiddət, qətl, narkotik, oğurluq, heyvanların qətli, uşaq istismarı və hakimiyyətə qarşı törədilən cinayətlər daxil edilməyib.

Məlumatda qeyd olunur ki, Kuba hökuməti 2011-ci ildən bu yana 11 mindən çox şəxsə əfv tətbiq edib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.