Kompaninin atası parlamentə “Bavariya” şərfi ilə gəldi

Vensan Kompaninin atası, belçikalı siyasətçi Pyer Kompani parlament iclasında “Bavariya” şərfi ilə görüntülənib. Hadisə sosial mediada geniş yayılıb.

215

“Bavariya”nın baş məşqçisi Vensan Kompaninin atası, belçikalı siyasətçi Pyer Kompani bu gün parlament iclasına Almaniya klubunun şərfi ilə qatılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə onun Belçika parlamentində “Bavariya” atributu ilə göründüyü əks olunub. Bu addım dünən gecə Münhen təmsilçisinin “Real Madrid”lə oyunundan sonra oğluna dəstək jesti kimi şərh edilir.

Açıq mənbələrə görə, Pyer Kompani Belçikada tanınmış siyasətçidir. O, daha əvvəl həm Brüssel parlamentində, həm də federal siyasi sistemdə fəaliyyət göstərib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.