Kompani Vatikana zarafat etdi: “Borussiya deyilsiniz ki?”

"Bavariya"nın baş məşqçisi Vensan Kompani sarı-qara geyimli Vatikan nümayəndələrinə Dortmund zarafatı edib.

320

Almaniyanın “Bayern Munich” klubunun baş məşqçisi Vensan Kompani komanda bazasında maraqlı epizodun iştirakçısı olub. Klubun məşq mərkəzinə səfər edən Vatikan nümayəndə heyəti sarı-qara formada meydana çıxıb.

Bu rəngləri görən Kompani zarafatla onlara müraciət edərək, “Siz Borussia Dortmund heyəti deyilsiniz ki?” sualını ünvanlayıb.

Qısa dialoq sosial mediada gülüşlə qarşılanıb və futbol azarkeşləri arasında sürətlə yayılıb. Epizod Almaniyanın iki böyük klubu – Bavariya və Dortmund arasındakı rəqabət fonunda xüsusilə diqqət çəkib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.