Klopp Almaniya millisində sərt qadağalar tətbiq etdi

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp futbolçular üçün yeni intizam qaydaları müəyyənləşdirib. Telefon istifadəsi, saç kəsimi və ailə üzvlərinin ziyarətinə məhdudiyyətlər qoyulub.

115
Almaniya millisinin baş məşqçisi Yurgen Klopp komanda daxilində intizamı gücləndirmək məqsədilə futbolçular üçün yeni qaydalar tətbiq edib. Almaniyalı mütəxəssis oyunçuların məşq və bərpa prosesi zamanı telefon istifadəsini məhdudlaşdırıb, təlim-məşq toplanışlarında saç kəsimini və yaxınlarının ziyarətini isə ciddi nəzarətə götürüb.

MSNews.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild ” nəşri məlumat yayıb.

Məlumata görə, Klopp futbolçulara trenajor zalında və masaj prosedurları zamanı mobil telefonlardan istifadə etməyi qadağan edib. Yeni qaydaların əsas məqsədi oyunçuların diqqətini məşqlərə yönəltmək və komanda üzvləri arasında ünsiyyəti gücləndirməkdir.

Baş məşqçi komandanın gündəlik rejimində də dəyişiklik edib. Əvvəllər futbolçular axşam yeməyinə müəyyən saat intervalında sərbəst şəkildə gələ bilirdilərsə, indi bütün oyunçuların eyni vaxtda süfrə arxasında olması tələb olunur.

Bundan başqa, təlim-məşq toplanışları zamanı futbolçuların qaldıqları otelə şəxsi bərbərlərin çağırılması qadağan edilib. Ailə üzvlərinin və yaxınların komandanı ziyarət etməsinə isə yalnız müstəsna hallarda icazə veriləcək.

Kloppun tətbiq etdiyi qaydalar komandanın birgə fəaliyyətini və qarşıdakı oyunlara hazırlığını təşkil etmək məqsədi daşıyır.

Qeyd edək ki, 2026-cı ilin yayında Almaniya millisinin baş məşqçisi təyin olunan Yurgen Klopp yığmanı ilk dəfə UEFA Millətlər Liqasının oyunlarına çıxaracaq. Almaniya millisi sentyabrın 24-də Niderlandla qarşılaşacaq.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.