Kiyevdə silahlı hücum: 5 nəfər öldü, hücumçu məhv edildi

Kiyevin Qoloseyevski rayonunda silahlı hücum nəticəsində azı 5 nəfər həlak olub. Hücumçu supermarketdə girov götürdükdən sonra polis əməliyyatı zamanı zərərsizləşdirilib.

93

Ukraynanın paytaxtı Kiyevdə silahlı şəxs küçədə insanlara atəş açdıqdan sonra supermarketə sığınaraq girov götürüb. Hadisə şəhərin Qoloseyevski rayonunda baş verib. Ukrayna rəsmilərinin açıqlamasına görə, hücum nəticəsində azı 5 nəfər həlak olub, 10 nəfər xəstəxanaya yerləşdirilib. Hücumçu daha sonra polis əməliyyatı zamanı öldürülüb.

MSNews.az “Associated Press”-ə istinadən xəbər verir.

Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, xüsusi təyinatlılar supermarketə hücumdan əvvəl təxminən 40 dəqiqə danışıqlar aparmağa çalışıblar. Onun sözlərinə görə, hücumçu təslim olmayıb və saxlanılarkən müqavimət göstərib. Prezident Volodimir Zelenski də ölən və yaralananların sayını təsdiqləyərək, hadisənin bütün halları üzrə araşdırma aparıldığını açıqlayıb.

Kiyev meri Vitali Kliçko ilkin mərhələdə 10 nəfərin xəstəxanada müalicə aldığını, əlavə 5 nəfərin isə xəsarət aldığını deyib. Bu səbəbdən yaralıların yekun sayı hələ də dəqiqləşdirilir. Hücumçunun qanuni qeydiyyatda olan karabin daşıdığı da açıqlanıb. Hücumun motivi hələlik məlum deyil.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.