Karapetyandan Eçmiədzin üçün “Vatikan modeli” təklifi

Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku Eçmiədzinin xüsusi dini şəhər kimi ayrılmasını və Vatikan modelinə bənzər status almasını təklif edib.

Rusiyada yaşayan erməni əsilli milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku Eçmiədzinin xüsusi dini şəhər kimi ayrılmasını və Vatikan modelinə bənzər status almasını təklif edib.

Bu barədə Ermənistanın “Azatutyun” radiosu məlumat yayıb.

Məlumata görə, təklif “Güclü Ermənistan” blokunun Eçmiədzində keçirdiyi görüş zamanı səsləndirilib. Blokun seçki siyahısına rəhbərlik edən Narek Karapetyan çıxışında bildirib ki, Samvel Karapetyanın təklifi Eçmiədzinin xüsusi şəhər kimi ayrılması və bütün xristian dünyasının mühüm dini mərkəzlərindən birinə çevrilməsidir.

Narek Karapetyan Eçmiədzinin “ikinci Vatikan” kimi təşkil olunmasını təklif etdiklərini deyib. Onun sözlərinə görə, şəhər dini turizm mərkəzinə çevrilməli, dünyanın müxtəlif ölkələrindən gələn xristianlar burada erməni mədəniyyəti və dini irsi ilə tanış olmalıdırlar.

Təklif Ermənistan daxilində hökumətlə kilsə arasındakı gərginlik fonunda səslənib. “Azatutyun” yazır ki, çıxışda Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasındakı qarşıdurmaya da toxunulub. Eçmiədzin Erməni Apostol Kilsəsinin əsas dini mərkəzi hesab olunur; kilsənin rəsmi saytında Müqəddəs Eçmiədzin “bütün ermənilərin mənəvi mərkəzi” kimi təqdim edilir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.