İsveçrə millisinin DÇ bazasında “ilan zonası” diqqət çəkdi

İsveçrə millisi DÇ-2026 üçün San Dieqodakı San Diego Jewish Academy bazasında hazırlığını davam etdirir. Komandanın yayımladığı xəritədə meydançaların arxasındakı ərazi “ilan zonası” kimi işarələnib.

11

İsveçrə millisinin DÇ-2026 üçün ABŞ-ın San Diego şəhərində yerləşən məşq bazasında “ilan zonası” ilə bağlı xəbərdarlıq diqqət çəkib.

MSNews.az xəbər verir ki, “Sports.ru”nun məlumatına görə, İsveçrə Futbol Assosiasiyası komandanın San Dieqo Yəhudi Akademiyası ərazisində yerləşən bazasının xəritəsini yayımlayıb. Xəritədə məşq meydançaları, qapıçılar üçün zona, soyunub-geyinmə sahəsi və digər hissələrlə yanaşı, meydançaların arxasında qırmızı rənglə “ilan zonası” da qeyd olunub.

The Sun” yazır ki, İsveçrə millisinin paylaşdığı xəritədə həmin ərazi qırmızı zolaqlarla ayrılıb və “ilanlardan ehtiyatlı olun” xəbərdarlığı əlavə edilib. Nəşrin məlumatına görə, söhbət San Dieqo bölgəsində rast gəlinən zəhərli çınqıraqlı ilan növləri ilə bağlı ehtiyat tədbirindən gedir.

FIFA-nın məlumatına görə, İsveçrə millisi turnir öncəsi ilk məşq günündə San Dieqo Yəhudi Akademiyasının 500-dən çox şagirdi ilə “Be Active” təşəbbüsü çərçivəsində görüş keçirib. Murat Yakınən komandası burada DÇ-2026-nın qrup mərhələsinə hazırlaşır.

San Dieqo bölgəsində ilanlarla bağlı xəbərdarlıqlar qeyri-adi hal sayılmır. “San Diego County Parks”ın məlumatına görə, Cənubi Kaliforniyada çınqıraqlı ilanlara ilboyu rast gəlmək mümkündür, lakin onların ən çox göründüyü dövr adətən aprel-iyun aylarına təsadüf edir. Bu səbəbdən açıq sahələrdə və təbiətə yaxın ərazilərdə belə xəbərdarlıq nişanları təhlükəsizlik tədbiri kimi istifadə olunur.

İsveçrə millisi DÇ-2026-da “B” qrupunda mübarizə aparacaq. Komanda iyunun 13-də Qətər, iyunun 18-də Bosniya və Herseqovina, iyunun 24-də isə Kanada yığması ilə qarşılaşacaq.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.