İsrail İranın enerji sektoruna zərbə ssenarisini gücləndirir

"Axios" və "WSJ"-nin məlumatına görə, İranla diplomatik razılaşma şansı çox aşağı qiymətləndirilir. Bu fonda İsrailin İranın enerji sektoruna qarşı daha geniş zərbə ssenarisi üzərində işlədiyi bildirilir. 

33

İranla diplomatik çıxış yolunun tapılması ehtimalı sürətlə zəifləyir. “Axios“-un məlumatına görə, Misir, Pakistan və Türkiyənin hazırladığı 45 günlük atəşkəs təklifi masada qalsa da, yaxın 48 saatda hətta qismən razılaşmanın əldə olunması şansı belə “çox aşağı” qiymətləndirilir. 

Bu fonda İsrail tərəfi hərbi təzyiqi artırmağa hazırlaşır. The Wall Street Journal yazır ki, ABŞ və İsrailin növbəti əsas hədəfi İranın iqtisadi infrastrukturu, xüsusən də enerji sektorudur. Nəşrin məlumatına görə, İsrail İranın neft və qaz obyektələrinə zərbə endirmək üçün ABŞ-dan yaşıl işıq gözləyir.

İsrailin müdafiə naziri İsrael Kats da son bəyanatında bildirib ki, əgər İran İsrailin mülki əhalisini hədəfə almağa davam etsə, İsrail İranın infrastrukturuna qarşı zərbələri genişləndirəcək. “WSJ”-nin canlı xəbər xəttinə görə, Kats İsrailin artıq İranın polad və neft-kimya obyektələrinə ciddi ziyan vurduğunu və bu tip hücumların gündəlik davam edəcəyini deyib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.