İspaniyada miqrantların leqallaşdırılması konsulluqlarda sıxlıq yaradıb

İspaniyada sənədsiz miqrantların leqallaşdırılması mexanizmi işə düşüb. Məhkumluğun olmaması barədə arayış tələbi konsulluqlar qarşısında uzun növbələrə səbəb olub.

10

İspaniyada sənədsiz miqrantların kütləvi leqallaşdırılması prosesinin başlanması ilə paralel olaraq, müxtəlif ölkələrin konsulluqları qarşısında uzun növbələr yaranıb.

“Associated Press”-in məlumatına görə, hökumətin təsdiqlədiyi yeni mexanizm yüz minlərlə sənədsiz miqranta birillik yaşamaq və işləmək icazəsi almaq imkanı verir. Müraciətlər onlayn formada 16 apreldən, şəxsən isə 20 apreldən qəbul olunmağa başlayıb.

Yeni qaydalara əsasən, müraciət edən şəxslər 1 yanvar 2026-cı ildən əvvəl İspaniyaya gəldiklərini, ölkədə azı beş ay yaşadıqlarını və cinayət keçmişlərinin olmadığını sübut etməlidirlər. “El País” və “Catalan News” yazır ki, məhz, mənşə ölkəsindən məhkumluğun olmaması barədə arayışın alınması ən böyük çətinliklərdən birinə çevrilib və konsulluqlar qarşısında sıxlığın əsas səbəbi də budur.

İspaniya hökuməti proqramdan təxminən 500 min nəfərin yararlana biləcəyini hesablayır. Bununla yanaşı, ölkədə sənədsiz yaşayan miqrantların real sayı daha yüksək ola bilər. “Funcas” analitik mərkəzi bu rəqəmi təxminən 840 min olaraq qiymətləndirir. Bu səbəbdən bəzi media orqanlarında 800 minə yaxın şəxsin leqallaşdırmadan faydalana biləcəyi ilə bağlı proqnozlar yer alır, lakin hökumətin rəsmi rəqəmi 500 min olaraq qalır.

Baş nazir Pedro Sançes bu addımı “ədalət aktı və zərurət” adlandırıb. Onun sözlərinə görə, artıq İspaniyada yaşayan və işləyən insanların hüquqi status alması həm əmək bazarı, həm də vergi və sosial təminat sistemi baxımından vacibdir. Hökumət bu qərarı ölkənin qocalan əhalisi və işçi qüvvəsinə ehtiyac fonunda iqtisadi baxımdan da əsaslandırır.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.