İraq-İran sərhədində zərbə: Xeyli sayda İranmeyilli qüvvələr məhv edildi

İraq-İran sərhədindəki Şalamça keçidinin İran tərəfində endirilən zərbə nəticəsində bir İraq vətəndaşı ölüb, beş nəfər yaralanıb. Hücumun sərnişin qəbul zonasını vurduğu yazılır.

224

ABŞ-ın İraq-İran sərhədindəki keçid məntəqəsinə endirdiyi zərbədən sonra İranmeylli qüvvələr ağır itkilər verib.

Məlumata görə, zərbə “Həşd əş-Şaabi”nin (Xalq Səfərbərlik Qüvvələri) böyük bölmələrinin İran ərazisinə keçmək üçün sərhədi keçdiyi anda endirilib. Bildirilir ki, çox sayda döyüşçü artıq pasport nəzarətindən keçərək gözləmə zonasında olduğu vaxt hədəf alınıb.

İraq rəsmiləri zərbənin terminalın İran tərəfinə endirildiyini təsdiqləyiblər. Hücum nəticəsində ən azı bir İraq vətəndaşı həlak olub, daha beş nəfər isə yaralanıb.

Buna cavab olaraq İraq hakimiyyəti “Aş-Şalamca” keçid məntəqəsini bütün nəqliyyat və sərnişin axını üçün dərhal bağlayıb, hərəkəti alternativ keçidlərə yönəldib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.