İraq da “Telegram”ı blokladı – Şirkətə 30 gün vaxt verildi

İordaniyanın ardınca İraq da təhlükəsizlik səbəbindən “Telegram”ı bloklamaq qərarı verib. Şirkətə qanunvericiliyin tələblərini yerinə yetirmək üçün 30 gün müddət tanınıb.

54

İordaniyanın ardınca İraq da “Telegram” messencerinin ölkə ərazisində bloklanması barədə qərar qəbul edib. Buna səbəb platformanın yerli qanunvericiliyin tələblərinə əməl etməməsi və milli təhlükəsizliklə bağlı narahatlıqlardır.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters” və “Anadolu Agentliyi” məlumat yayıb.

İraqın Rabitə və Media Komissiyası noyabrın 16-da açıqlayıb ki, qərar Baş nazirin göstərişi əsasında qəbul edilib. Qurumun bildirdiyinə görə, “Telegram” qanunazidd məzmunun yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyib.

Hakimiyyət platformadan ekstremizm, zorakılıq və nifrət çağırışları ilə mübarizə aparmağı, həmçinin kibercinayətlərin qarşısının alınmasında əməkdaşlıq etməyi tələb edir.

Şirkətə hüquqi və tənzimləyici tələblərə uyğunlaşmaq üçün 30 gün vaxt verilib. Bloklamanın nə qədər davam edəcəyi isə açıqlanmayıb.

Qeyd edək ki, İordaniya da noyabrın 16-da milli təhlükəsizlik və kibercinayətkarlıqla mübarizə məqsədilə “Telegram”a girişi məhdudlaşdırıb. İraqda isə platforma daha əvvəl, 2023-cü ildə də təhlükəsizlik səbəbindən müvəqqəti bloklanmışdı.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.