İraq 40 ildən sonra dünya çempionatında

İraq millisi Boliviyanı məğlub edərək 2026-cı il Dünya Çempionatına vəsiqə qazandı və 40 ildən sonra mundiala qayıtdı.

201

İraq milli komandası 40 illik fasilədən sonra yenidən dünya çempionatına vəsiqə qazanıb. İraq millisi pley-off finalında Boliviya millisi üzərində 2:1 hesablı qələbə qazanaraq Dünya Çempionatına qatılmaq hüququ əldə edib.

Bu nəticə ölkə futbolu üçün tarixi nailiyyət kimi qiymətləndirilir. İraq sonuncu dəfə 1986-cı ildə mundialda iştirak etmişdi və bundan sonra uzun müddət final mərhələsinə çıxa bilməmişdi.

Qrup mərhələsində İraq yığmasını çətin rəqiblər gözləyir. Komanda Seneqal, Fransa Norveç yığmaları ilə eyni qrupda mübarizə aparacaq.

Beləliklə, bu nəticə ilə 2026-cı il dünya çempionatının bütün iştirakçıları artıq müəyyənləşib və turnirə böyük maraq formalaşıb.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Xəbər lenti