İranın “təbii” robotları

İranın Kish Inox Tech Expo - 2025" sərgisində “insan robotlar” əslində insanlar çıxdı. LED eynək və mexaniki hərəkətlər ilə səhnəyə çıxan nümayiş fiqurlarının həqiqi üz xüsusiyyətləri ortaya çıxdı və sərgi sosial mediada tənqid və yumor mövzusuna çevrildi.

155

İranın “Kish Inox Tech Expo – 2025” texnologiya sərgisi bu il gözləntiləri qarşılamayaraq, tarixin ən qeyri-adi hadisələrindən birinə səbəb oldu. “İrəli səviyyəli insan robotlar” kimi təqdim olunan nümayiş fiqurlarının əslində kostyum geymiş və makiyaj edilmiş insanlar olduğu üzə çıxdı.

Sərgidə LED eynəklər, parlaq kod naxışlı tulumlar və mexaniki hərəkətlərlə səhnəyə çıxan “robotlar” ilk baxışda olduqca inandırıcı görünürdü. Lakin ziyarətçilərin diqqətli baxışı həqiqəti açığa çıxardı: “Miss Data” adlı qadın robotun üzündəki sızanaq izləri, normal nəfəs alıb-verməsi və bariz göz qırpma hərəkətləri robot təsəvvürünü puç etdi.

Performansçıların görüntüləri sosial şəbəkələrdə paylaşılaraq böyük maraq və tənqid doğurdu. İzləyicilər videolardakı kiçik insan detallarını göstərərək həm nümayişi, həm də təşkilatı tənqid obyektinə çevirdilər. “Veri toplama” olaraq tanıdılan ikili qısa müddətdə qlobal miqyasda yumor mövzusuna çevrildi.

Sosial media istifadəçiləri arasında “Robotun üzündə sızanaq olar?” və “İranın robotları bizdən daha yaxşı nəfəs alır” kimi şərhlər populyarlaşdı.