İrandan Trampın bəyanatına sərt reaksiya

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani ABŞ-ın İranda baş verən etirazlara müdaxiləsinin regionda sabitliyi poza biləcəyini bildirib. Etirazlar ölkədəki iqtisadi böhrandan qaynaqlanır.

227

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani bildirib ki, ABŞ-ın İranda baş verən etirazlara müdaxiləsi bütün bölgədə xaosa səbəb olacaq.

Laricani vurğulayıb:

“Tramp anlamalıdır ki, Amerikanın bu daxili məsələyə müdaxiləsi bütün regionun sabitliyini pozmağa səbəb ola bilər.”

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın, əgər İran sülhsevər etirazçılara qarşı zor tətbiq edərsə, müdaxilə edəcəklərini bildirməsindən sonra verilib.

Qeyd edək ki, İranda hazırda ciddi iqtisadi böhran səbəbindən kütləvi etiraz aksiyaları keçirilir. Rəsmi olmayan məlumatlara görə, etirazçılar ilə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda ölən və yaralananlar var.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.