İranda ali rəhbər Əli Xameneyinin öldürülməsindən sonra sərt xəttə tərəfdarları üstünlük qazanmağa başlayıb.
“The Wall Street Journal”da dərc olunan şərh yazısında bildirilir ki, bu dəyişiklik İranda gözlənilən yumşalma ilə nəticələnməyib, əksinə, hakimiyyət daxilində daha radikal və təhlükəsizlik yönümlü xəttin mövqelərini gücləndirib. Nəşrin qiymətləndirməsinə görə, yeni mərhələdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təsiri daha da artıb və ölkədə hərbiləşmiş idarəetmə modeli dərinləşib.
“Reuters” də ayrıca qeyd edir ki, Müctəba Xameneyi atasının sahib olduğu səviyyədə mütləq siyasi çəkini hələ formalaşdırmayıb və strateji qərarlarda SEPAH artıq daha dominant səsə çevrilib. Agentliyin yazdığına görə, İnqilab Keşikçiləri onun ali rəhbərliyə yüksəlişində mühüm rol oynayıb.
Yeni hakimiyyət konfiqurasiyasında önə çıxan əsas fiqurlardan biri Əhməd Vahididir. “Reuters”-in martın 23-də yaydığı materialda Vahidinin İranın müharibə dövrü idarəetməsində əsas mərkəzlərdən biri olduğu, SEPAH-ın isə rəhbərlik boşluğundan sonra daha mərkəzi rol oynadığı vurğulanır. “Al Majalla” nəşri də Vahidini İranın sərt güc və təhlükəsizlik doktrinasını təmsil edən simalardan biri kimi xarakterizə edir.
Digər mühüm ad isə Məhəmməd Baqer Zolqədrdir. “Reuters” onun 24 mart 2026-cı ildə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olunduğunu, bunun da təhlükəsizlik institutlarının siyasi qərarvermədə çəkisinin artmasının göstəricisi olduğunu yazıb. Al Majalla Zolqədrin siyasi yox, əsasən təhlükəsizlik və SEPAH strukturlarından gələn fiqur olduğunu qeyd edir.
WSJ-nin şərhinə görə, yeni rəhbərlik daxilində önə çıxan bu xətt ölkə daxilində fərqli düşünənlərə qarşı daha repressiv davranış, xaricdə isə diplomatiyadan daha az maraq və daha aqressiv mövqe ilə müşayiət olunur. Bununla belə, bu hissə əsasən WSJ-nin analitik qiymətləndirməsidir;