İranda SEPAH rəhbərliyi üçün ehtiyat namizədlər müəyyənləşdirilir – İDDİA

İranda SEPAH komandanının müavini Mustafa İzadinin ali komandanlıq vəzifəsinə ehtiyat namizəd kimi təqdim olunduğu bildirilir. Daha 10-a yaxın zabitlə bağlı iddia isə rəsmi təsdiqini tapmayıb.

22

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandan müavini Mustafa İzadinin quruma rəhbərlik üçün ehtiyat namizəd kimi Ali Milli Təhlükəsizlik Şurasına təqdim olunduğu iddia edilir. Məlumata görə, SEPAH rəhbərliyi əlavə olaraq 10-a yaxın yüksək rütbəli zabiti də mümkün kadr dəyişiklikləri üçün ehtiyat siyahısına daxil edib.

MSNews.az xəbər verir ki, yayılan məlumatlarda bu addımın hərbi komandanlıqda idarəetmənin fasiləsizliyini təmin etmək məqsədi daşıdığı bildirilir. Lakin İzadinin ehtiyat namizəd kimi təqdim olunması və daha 10-a yaxın zabitin siyahıya salınması barədə rəsmi təsdiq əldə edilməyib.

Bununla belə, Mustafa İzadinin SEPAH rəhbərliyində yüksək vəzifə tutduğu təsdiqlənib. İranın “Tasnim” agentliyinin məlumatına görə, İzadi 2026-cı il avqustun 10-da SEPAH komandanının müavini təyin edilib. Eyni vaxtda Əhməd Vahidi qurumun baş komandanı vəzifəsinə gətirilib.

“Anadolu Agentliyi” bildirir ki, Mustafa İzadi İranın ən təcrübəli hərbi komandirlərindən biridir. O, İran-İraq müharibəsi dövründə müxtəlif komandanlıq vəzifələrində çalışıb, sonrakı illərdə SEPAH-ın əməliyyat rəhbərliyində və Silahlı Qüvvələrin Baş Qərargahında yüksək postlar tutub.

İzadi həmçinin strateji məsələlər və yeni təhlükələr üzrə hərbi strukturlarda fəaliyyət göstərib. Onun bu təcrübəsi SEPAH rəhbərliyində mühüm mövqe tutmasına imkan verib.

Hazırda SEPAH-a Əhməd Vahidi rəhbərlik edir. Mustafa İzadinin onun mümkün varisi kimi ayrıca namizədliyinin irəli sürülməsi barədə məlumat isə müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.