İsrail mediası: İranın 400 aktiv raket qurğusu var
İsrail mediasının məlumatına görə, İranın arsenalında ən azı 400 aktiv raket buraxılış qurğusu var. Tehran müharibə zamanı zəifləyən raket potensialını böyük ölçüdə bərpa edib.
Hatəmi: “Hörmüz boğazı əvvəlki vəziyyətinə qayıtmayacaq”
İran Ordusunun baş komandanı Əmir Hatəmi Hörmüz boğazını ölkənin “Tanrının bəxş etdiyi geosiyasi potensialı” adlandıraraq, bu təsir rıçağının əvvəlki vəziyyətinə qayıtmayacağını bildirib.