İran XİN rəhbəri Pakistan səfərini başa vurdu

İranın xarici işlər naziri Abbas Araqçi Pakistan səfərini başa vurub. Görüşlərdə Tehran-Vaşinqton gərginliyi, sərhəd təhlükəsizliyi və regional sabitlik müzakirə olunub.

6

İranın xarici işlər naziri Abbas Araqçi Pakistanın yüksək rütbəli rəsmiləri ilə görüşlərdən sonra İslamabadı tərk edib.

“Al-Mayadeen”in məlumatına görə, səfər Tehranla Vaşinqton arasında gərginliyin azaldılması istiqamətində Pakistanın vasitəçilik səyləri fonunda baş tutub.

Məlumata əsasən, Araqçi səfər zamanı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə regional təhlükəsizlik, ikitərəfli əməkdaşlıq və bölgədə sabitliyin qorunması məsələlərini müzakirə edib. Pakistan rəsmiləri ilə danışıqlarda Tehran-Vaşinqton xəttində mümkün vasitəçilik, sərhəd təhlükəsizliyi, terrorizmlə mübarizə və Körfəz regionunda vəziyyət əsas mövzular sırasında olub.

İran tərəfi bildirib ki, Araqçinin İslamabad səfəri çərçivəsində ABŞ nümayəndələri ilə birbaşa görüş planlaşdırılmayıb. Tehran öz mövqeyinin Pakistan vasitəsilə qarşı tərəfə çatdırılacağını açıqlayıb. Bu isə İslamabadın İran-ABŞ gərginliyində diplomatik kanal kimi rolunu önə çıxarır.

Səfər regional proseslərin həssas mərhələsində baş tutub. Pakistan son həftələrdə İran və ABŞ arasında gərginliyin azaldılması üçün vasitəçilik səylərini artırıb. Araqçinin Pakistanla yanaşı Oman və Moskvaya da səfər etməsinin planlaşdırılması Tehranın regional və beynəlxalq tərəfdaşlarla məsləhətləşmələri genişləndirdiyini göstərir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
25 aprel 2026