İran səfirliyindən Pit Heqsetə sərt cavab

İranın Böyük Britaniyadakı səfirliyi ABŞ müdafiə naziri Pit Heqsetin bəyanatlarına sərt cavab verib və paylaşımında Naqş-e Rüstəmdəki I Şapur relyefindən istifadə edib. 

34

İranın Böyük Britaniyadakı səfirliyi ABŞ müdafiə naziri Pit Heqsetin son bəyanatlarına kəskin reaksiya göstərib. Səfirliyin rəsmi “X” hesabında yayılan paylaşımda, “Orta əsr ritorikası — Epşteyn sinfinin üzvündən gəlir. Belə birinin Amerika cəmiyyətinin səsinə çevrilməsi utancvericidir. Bizim daşlarımız sizə cavab verəcək” ifadələri yer alıb.

Bu reaksiya Vaşinqtonun İranla bağlı sərtləşən ritorikası fonunda səslənib. “Reuters“-in 31 mart tarixli məlumatına görə, Heqset bildirib ki, ABŞ “işin ən ağır hissəsini” görüb və indi başqa ölkələr də Hörmüz boğazının açılması üçün məsuliyyət götürməlidir. O, eyni zamanda İran ordusunda fərarilik və ruh düşkünlüyü olduğunu iddia edib.

Heqsetin İran rəhbərliyinə qarşı daha təhqiredici tonu isə daha əvvəl də diqqət çəkmişdi. “Əl-Cəzirə“-nin 13 mart tarixli xəbərində qeyd olunur ki, ABŞ müdafiə naziri İran rəhbərliyini “çarəsiz və gizlənən” adlandırıb. Bu xətt sonradan İran rəsmiləri və diplomatik nümayəndəlikləri tərəfindən ardıcıl şəkildə təxribatçı ritorika kimi təqdim olunub.

Səfirliyin paylaşımında istifadə edilən vizual da simvolik məna daşıyır. Naqş-e Rüstəmdə yerləşən Sasani dövrünə aid məşhur relyeflərdən biri I Şapurun Roma imperatoru Valerian üzərində qələbəsini təsvir edir və İran tarixi yaddaşında xarici güclər üzərində zəfərin simvollarından sayılır. Çikaqo Universitetinin Şərqşünaslıq İnstitutu bu relyefi Naqş-i Rüstəmin ən mühüm təsvirlərindən biri kimi təqdim edir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.