İranda iblis maketi yandırıldı – nümayişçilər İsrail və ABŞ‑ı niyə tənqid etdi?

İran İslam İnqilabının ildönümü tədbirlərində nümayişçilər “Baal” iblis maketini yandıraraq İsrail və ABŞ‑a etirazlarını ifadə ediblər.

255

İran İslam İnqilabının 47‑ci ildönümü münasibətilə keçirilən tədbirlərdə İsrail və ABŞ əleyhinə nümayişlər keçirilib. Bu nümayişlər zamanı etirazçılar üzərində “Baal” yazısı və Davud ulduzu olan bir iblis maketini alovlandırıblar.

Nümayişçilər bu hərəkətlə İsrail və ABŞ‑ı simvolik olaraq tənqid edib və qarşı çıxıblar. “Baal” Kənan mədəniyyətinin tanrısı hesab edilir və dini ənənədə bəzən uşaq qurbanlığı ilə əlaqələndirilən mifik iblis fiquru kimi təsvir olunur. Onların sözlərinə görə, maketin yandırılması bu dövlətlərə qarşı məsaj idi və etiraz zamanı “İsrailə ölüm” və “ABŞ-a ölüm” şüarları səslənib.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031