İlon Mask İspaniya Baş naziri Sançezi “totalitar faşist” adlandırdı

İlon Mask, İspaniya Baş naziri Pedro Sançezin 16 yaşdan kiçik uşaqların sosial media platformalarına girişinə qadağa və platforma rəhbərləri üzərində nəzarəti artırmaq planına sərt reaksiya verərək onu "zalım" və "totalitar faşist" adlandırdı.

126

ABŞ-lı iş adamı, “X” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask, İspaniya Baş naziri Pedro Sançezi sərt şəkildə tənqid edib. Mask, Sançezin Birləşmiş Ərəb Əmirliklərinin (BAE) Dubay şəhərində keçirilən Dünya Hökumətlər Zirvəsində 16 yaşın altındakı uşaqların sosial media platformalarına girişinə qadağa qoyacağını və platforma rəhbərləri üzərində qanuni nəzarəti artıracağını açıqlamasına reaksiyasında, onu “zalım” və “totalitar faşist” adlandırıb.

Mask, “X” platformasındakı şəxsi hesabından paylaşım edərək, Sançezi İspaniya xalqına xəyanət edən biri kimi təqdim edib.

Zirvə çıxışında Sançez, sosial media platformalarının “bacarıqsız dövlət imicini göstərmək, qanunları laqeyd etmək, səhv məlumatları daha dəyərli etmək və istifadəçilərin yarısının nifrət hücumlarına məruz qalması” kimi problemlərə səbəb olduğunu bildirərək, İlon Maskı tənqid etmişdi. Baş nazir həmçinin Maskı, İspaniyada yarım milyon miqratın qanuniləşdirilməsi ilə bağlı hökumət qərarı barədə dezinformasiya yaymaqda ittiham etmişdi.

Sançezin planına görə, 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişi ciddi şəkildə məhdudlaşdırılacaq və platforma rəhbərləri məsuliyyət daşıyacaqlar.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.