İlham Əliyev və Andrey Babiş Qəbələdə görüşdülər

Prezident İlham Əliyev Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişlə təkbətək və geniş tərkibdə görüş keçirib.

10

Aprelin 27-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş arasında təkbətək görüş keçirilib. Görüş Çexiya hökumət başçısının Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.

Təkbətək görüşdən sonra Prezident İlham Əliyevin və Baş nazir Andrey Babişin iştirakı ilə geniş tərkibdə görüş olub. Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, danışıqlarda hər iki ölkənin nümayəndə heyətləri iştirak ediblər.

Qeyd edək ki, Andrey Babiş aprelin 26-da Azərbaycana rəsmi səfərə gəlib. Aprelin 27-də isə Qəbələdə onun rəsmi qarşılanma mərasimi keçirilib. Mərasimdən sonra tərəflər əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə görüş formatında danışıqları davam etdiriblər.

Görüşlər Azərbaycan-Çexiya münasibətlərinin inkişafı, siyasi dialoqun gücləndirilməsi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
27 aprel 2026