İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini Mariam Kvrivişvili ilə görüşüb. Tərəflər enerji, nəqliyyat, ticarət və investisiya sahələrində əməkdaşlığı müzakirə ediblər.

80

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. Görüşdə enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat yayımlanıb.

Görüş zamanı Mariam Kvrivişvili Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev də öz növbəsində salamlarını Gürcüstanın hökumət rəhbərinə ünvanlayıb.

Tərəflər Prezident İlham Əliyevin bu ilin aprelində Gürcüstana dövlət səfərini, eləcə də Kvrivişvilinin ötən il Azərbaycana səfərini xatırladaraq qarşılıqlı təmasların ikitərəfli münasibətlərin inkişafındakı rolunu vurğulayıblar.

Görüşdə Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin daha geniş region üçün strateji əhəmiyyət daşıdığı qeyd olunub.

Həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı və enerji sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tərəflər dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafından məmnunluqlarını ifadə ediblər.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.