Hiquainin viral fotosunun süni intellektlə dəyişdirildiyi üzə çıxdı

Qonsalo Hiquainin sosial şəbəkələrdə yayılan “tanınmaz” fotosunun süni intellektlə dəyişdirildiyi üzə çıxıb. Şəkli paylaşan şəxs orijinal görüntünü də yayımlayıb.

7

Sosial şəbəkələrdə Qonsalo Hiquainin “tanınmaz hala düşdüyü” iddia olunan viral fotonun süni intellekt vasitəsilə dəyişdirildiyi məlum olub. “Sports.ru”nun məlumatına görə, fotonu paylaşan şəxs daha sonra görüntünü süni intellekt ilə emal etdiyini etiraf edib və argentinalı sabiq futbolçu ilə çəkilmiş orijinal şəkli də yayımlayıb.

Bir neçə gün əvvəl Mayamidə idman mağazasında çəkildiyi deyilən foto sosial şəbəkələrdə geniş yayılmış, istifadəçilər keçmiş hücumçunun görünüşündəki dəyişikliklə bağlı müxtəlif şərhlər yazmışdılar. Lakin yeni açıqlamadan sonra məlum olub ki, viral görüntü Hiquainin real görünüşünü əks etdirmirmiş və süni intellektlə ciddi şəkildə dəyişdirilib.

Hadisə sosial mediada yayılan idman fotolarına münasibətdə diqqətli olmağın vacibliyini yenidən gündəmə gətirib. Xüsusilə tanınmış şəxslərlə bağlı süni intellekt ilə dəyişdirilmiş görüntülərin qısa müddətdə real xəbər kimi qəbul edilməsi dezinformasiya riskini artırır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031