Gorusda silahlı insident – ÖLƏNLƏR VAR

Ermənistanın Gorus şəhərində silahlı insident baş verib. Nəticədə 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

341

24News-in yaydığı məlumata görə, Ermənistanın Gorus şəhərində silahlı insident baş verib.

Tərəflər arasında yaranan mübahisə zamanı qumbara partlayıb, nəticədə Gorusun bələdiyyə başçısı Aruş Aruşanyanın sürücüsü, onun uzaq qohumu olan və uzun müddət Ermənistanda yaşamayan şəxs, eləcə də Qarabağdan gəlmiş bir nəfər  yaralanıb.

Ermənistan Daxili İşlər Nazirliyinin verilən ilkin məlumata əsasən, partlayış nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Polis hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün tədbirlər görür, insidentlə bağlı araşdırmalar davam edir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.