Fransaya casusluq ittihamı ilə məhkum edilmiş Martin Rayan əfv olunaraq azadlığa buraxılıb

Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı əfv sərəncamı ilə Fransa vətəndaşı Martin Rayan cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, 2026-cı il martın 16-da casusluq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

111

Fransanın xeyrinə casusluq ittihamı ilə Azərbaycanda 10 il müddətinə azadlıqdan məhrum edilmiş Martin Rayan Prezident İlham Əliyevin əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Əfv qərarı sentyabrın 23-də imzalanıb.

MSNews.az xəbər verir ki, sərəncamda Ryan Martin Riçard adı ilə qeyd olunan Fransa vətəndaşı Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2026-cı il tarixli hökmü ilə məhkum edilmişdi. O, 2023-cü ilin dekabrında saxlanılmışdı.

Əfv sərəncamı artıq icra olunub. Martin Rayan Ədliyyə Nazirliyinin Lənkəran Penitensiar Kompleksindən azadlığa buraxılıb.

Fransa Xarici İşlər Nazirliyi də Rayanın əfv olunmasını təsdiqləyərək qərarı humanitar addım kimi qiymətləndirib. Nazirlik bəyan edib ki, qərar Azərbaycan hakimiyyəti ilə aparılan dialoqun nəticəsidir və iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində bir mərhələdir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.