ABŞ-nin aparıcı yükdaşıma və logistika şirkətlərindən biri olan FedEx, ödədiyi gömrük rüsumlarının geri qaytarılması tələbi ilə federal hökumətə qarşı məhkəmə iddiası qaldırıb.
Şirkət tərəfindən ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə təqdim olunan iddia ərizəsində bildirilir ki, 2025-ci ilin fevral ayından etibarən Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) əsasında tətbiq edilən tariflər FedEx-ə ciddi maliyyə zərəri vurub.
Məhkəmə sənədlərinə əsasən, FedEx indiyədək ödənilmiş gömrük vergilərinin qanuni faizlə birlikdə geri qaytarılmasını tələb edir. Şirkət hesab edir ki, sözügedən rüsumlar hüquqi əsas olmadan tətbiq edilib və bu səbəbdən geri ödənilməlidir.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi 20 fevral tarixli qərarında, ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq edilən tariflərin dayandırıldığı IEEPA qanununun Prezidentə gömrük rüsumları tətbiq etmək səlahiyyəti vermədiyinə hökm çıxarıb. Sözügedən qərar bir sıra iri şirkətlərin hökumətə qarşı hüquqi addımlar atmasına zəmin yaradıb.