Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) üzvü olan “FAME PRO” MMC fəaliyyətini genişləndirərək yeni ofisini istifadəyə verib. Artıq yeni ünvanda qiymətləndirmə, məhkəmə ekspertizası, əmlak brokerliyi və daşınmaz əmlakla bağlı hüquqi konsaltinq xidmətləri göstərilir.
Şirkətin rəhbəri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədrinin birinci müavini Fərid Rüstəmov bildirib ki, yeni ofisin açılması müştərilərin xidmətlərə daha rahat çıxışını təmin etmək və xidmət keyfiyyətini yüksəltmək məqsədi daşıyır. Onun sözlərinə görə, genişlənmə çərçivəsində şirkətin peşəkar kadr potensialı artırılır və bazarda mövqeyi daha da möhkəmləndirilir.
“Bu yenilik daha çevik, şəffaf və keyfiyyətli xidmət göstərmək üçün nəzərdə tutulub. Şirkət qiymətləndirmə standartlarına uyğun fəaliyyətini davam etdirir və sektorda etibarlı tərəfdaş kimi tanınmağı prioritet hesab edir”, – deyə Fərid Rüstəmov vurğulayıb.
Qeyd edək ki, “FAME PRO” MMC 2014-cü ildə təsis edilib və uzun illərdir qiymətləndirmə, məhkəmə ekspertizası və daşınmaz əmlak sahəsində fəaliyyət göstərir.
Əlaqə məlumatları:
📍 Ünvan: Nərimanov rayonu, Məmməd Araz küçəsi 20
📞 +994 12 441 95 13
📱 +994 77 420 42 00