“Facebook Messenger”in masaüstü tətbiqləri bağlanır: 2 gün qaldı

"Facebook Messenger"-in Windows və macOS üçün masaüstü tətbiqləri 15 dekabr 2025-ci ildə bağlanır. İstifadəçilər mobil və veb versiyaya keçməlidirlər.

313

“Facebook Messenger” platformasının Windows və macOS üçün masaüstü tətbiqləri rəsmi olaraq 15 dekabr 2025-ci il tarixində fəaliyyətini dayandıracaq. Beləliklə, “Messenger”-in masaüstü versiyalarının 17 illik fəaliyyəti bu həftə sona çatır.

Hazırda “Messenger”-in kompüter tətbiqlərindən istifadə edənlərə mobil tətbiqə və ya veb versiyaya keçmək tövsiyə olunur. Şirkət bağlanma tarixinə cəmi 2 gün qaldığını xatırladaraq istifadəçiləri vaxtında alternativ platformalara yönəlməyə çağırır.

Məlumata görə, 15 dekabr tarixindən sonra “Messenger”-in masaüstü tətbiqləri üzərindən mesajlaşma, bildirişlər və digər funksiyalar artıq əlçatan olmayacaq. İstifadəçilər “Messenger”-dən yalnız smartfon tətbiqləri və ya brauzer üzərindən (veb versiya) istifadə edə biləcəklər.

Bu qərar “Meta” şirkətinin xidmətlərini daha çox mobil və veb əsaslı ekosistem üzərində cəmləşdirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti