Ukrayna düşmən mövqeyini ilk dəfə yalnız robotlarla ələ keçirdi

Volodimir Zelenskinin sözlərinə görə, Ukrayna ilk dəfə düşmən mövqeyini yalnız yerüstü robot sistemləri və dronlarla ələ keçirib. Son üç ayda bu platformalar cəbhədə 22 mindən çox missiya yerinə yetirib.