Neft dövləti benzinsiz qalıb
Ukraynanın neft emalı obyektlərinə zərbələrindən sonra Rusiyada benzin çatışmazlığı dərinləşib. Onlarla regionda satış limitləri tətbiq olunub, lakin yayılan bəzi rəqəmlər və iddialar dəqiq deyil.
Bundestaq “Taurus” qətnaməsini rədd etdi
Almaniya Bundestaqı “Yaşıllar” fraksiyasının Ukraynaya əlavə hərbi və humanitar dəstək, o cümlədən “Taurus” raketlərinin verilməsi ilə bağlı qətnaməsini rədd edib. Səsvermədə 79 deputat lehinə, 510 deputat əleyhinə səs verib.