Sudan ordusu 11 yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb

Sudan ordusu Şimali Kordofanda RSF qüvvələri ilə döyüşlərdən sonra 11 ərazini nəzarətə götürdüyünü bildirib. Hökumət qüvvələri Darfur istiqamətində hücum əməliyyatlarını davam etdirir.

Sudan ordusu Bara şəhərinə nəzarəti bərpa etdiyini açıqladı

Sudan ordusu Bara və Şimali Kordofanın bir sıra strateji məntəqələrini RSF-dən geri aldığını bildirib. RSF itkiləri və ərazi nəzarəti barədə bəzi məlumatları təkzib etdiyindən döyüş meydanındakı vəziyyət tam müstəqil təsdiqlənməyib.