Belarusda “AHU işi” üzrə azı 175 nəfər təqib olunur
“Viasna” hüquq müdafiə mərkəzinin məlumatına görə, Belarusda Vilnüsdə fəaliyyət göstərən Avropa Humanitar Universiteti ilə əlaqəli azı 175 nəfər təzyiqlə üzləşib. Tələbələrin universitetdən çıxması üçün onların valideynlərinə də təzyiq göstərildiyi bildirilir.
Uqandada seçkilər öncəsi iğtişaşların canlı yayımı qadağan olundu
Uqanda hökuməti prezident seçkiləri öncəsi iğtişaşların və qanunsuz yürüşlərin canlı yayımlanmasını qadağan edib. Minlərlə müxalifət tərəfdarı həbs olunub, insan haqları təşkilatları repressiyalara diqqət çəkir.