İranda ardıcıl partlayışlar – Qeşm adasının vurulduğu bildirilir

İranın Qeşm adasında dörd partlayış səsi eşidilib. IRNA agentliyi adanın bəzi nöqtələrinin vurulduğunu ehtimal edir. Digər İran mediası isə hücumun ABŞ tərəfindən həyata keçirildiyini iddia edir.

ABŞ İrana yeni zərbələr endirdi

ABŞ Mərkəzi Komandanlığı İrandakı hərbi obyektlərə əlavə zərbələrin tamamlandığını açıqlayıb. Tehran isə cavab tədbirləri görəcəyini bildirərək Hörmüz boğazının bağlandığını elan edib.