Rütte: “Rusiya Ukraynaya yardımımızı dayandıra bilməyəcək”

NATO-nun baş katibi Mark Rütte bildirib ki, alyans Ukraynaya dəstəyi artıracaq və Rusiyanın NATO ölkələrini parçalamaq cəhdləri nəticə verməyəcək. O, Rusiyanın hərəkətlərini “zəiflik əlaməti” adlandırıb.