Hikmət Hacıyev Fərhat Pirinççi ilə dezinformasiyaya qarşı mübarizəni müzakirə edib

Prezidentin köməkçisi Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbərinin müavini Fərhat Pirinççi ilə görüşüb. Tərəflər media, strateji kommunikasiya, ictimai diplomatiya və dezinformasiyaya qarşı mübarizəni müzakirə ediblər.