İran Hörmüz boğazından gəlirlərin Omanla bölüşdürülməsi barədə razılıq əldə olunduğunu açıqlayıb

SEPAH sözçüsü Hüseyn Möhebbi İran və Omanın Hörmüz boğazının sularındakı payları və boğazdan əldə ediləcək gəlirlərin bölüşdürülməsi ilə bağlı razılığa gəldiyini bildirib. Oman tərəfi gəlir bölgüsünü hələ təsdiqləməyib.