ÇDQ Qərbi Kordofanda bazarları bağlayıb, interneti dayandırıb
Sudanın Çevik Dəstək Qüvvələri Qərbi Kordofanın Ən-Nuhud şəhərində bazarların bağlanması və Starlink internetindən istifadənin dayandırılması barədə göstəriş verib. Qərar bölgədə döyüşlərin şiddətlənməsi fonunda qəbul olunub.