Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr quruldu

Azərbaycan Respublikası və Mikroneziya Federativ Ştatları arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommunike imzalanıb. Sənəd Nyu-Yorkda iki ölkənin BMT yanında daimi nümayəndələri tərəfindən imzalanıb.