Bütün ölkədə işıqlar sönsə nə olacaq? Britaniyadan 72 saatlıq fövqəladə plan
Böyük Britaniya ölkəmiqyaslı elektrik kəsintisi ehtimalına qarşı fövqəladə tədbirlər hazırlayıb. BBC xüsusi radio yayımı planı qurub, hökumət isə alternativ rabitə texnologiyalarının inkişafına 70 milyon funt sterlinq ayırıb.